Hərbi qulluqçumuz əlverişsiz hava şəraitinə görə İTKİN DÜŞÜB 

12:20 28.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

 

Bu barədə hafta.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Bildirilir ki, hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir.


Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.